DÜNYA

Hit : 403

İsrail Suriyanı

İsrail Suriyanı "S-300" sistemlərini vuracağı ilə təhdid edir

10:25, 06.11.2018

İsrailin Qüds İşləri və İrs naziri Zif Elkin, Suriyada olan “S300” sistemlərini İsrail üçün təhlükə hesab edib.

“İslaminSesi” əlAləmə istinadən bildirir ki, israilli nazir bu sözləri Rus mətbuatına verdiyi açıqlamada deyib.

 

O bildirib ki, biz Suriyada S-300 sistemlərinin yerləşdirilməsini ciddi bir səhv hesab edirik. Bu raketlərin suriyalılara  çatdırılması təhlükəlidir.

 

Nazir hətta deyib ki, suriyalılar S300-lə İsrailin mülki obyektlərini, şəhərlərini, hərbi təyyarələrini vura bilər. Bu səbəbdən bu sistemlərin Suriyada olması vəziyyəti daha da qəlizləşdirir.

 

O əlavə olaraq bildirib ki, Suriyanın hər hansı bir hücum və ya təhlükə  olarsa, İsrail onu dəf etməyə hazırdır.

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər