DÜNYA

Hit : 183

İsrail Qəzzaya hava zərbələri endirib, yaralananlar var

İsrail Qəzzaya hava zərbələri endirib, yaralananlar var

10:48, 20.12.2019

İsrailin hərbi təyyarələri davamlı olaraq ikinci gecədə də Qəzzaya hava zərbələri endirib.

İslaminSesi Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, İsrail təyyarələri ötən gecə Qəzzanın şimalında Beyt-Lahiya bölgəsində yerləşən Əsqalan adlı HƏMAS mövqeyinə, Xan-Yunis şəhəri ətrafında "İzzuddin əl-Qəssam Batalyonları"nın Eyn-Calut adlı mövqeyinə və Qəzzanın cənubunda Rəfəh rayonu ərazisində bir əkin sahəsinə hava zərbələri endirib.

 

Bu hava zərbələri nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.


İsrail tərəfi hava zərbələrinin Qəzzadan atılan raketlərə görə həyata keçirildiyini bildirb.


Qeyd edək ki, Qəzza 2008-ci ildən İsrailin hava, quru və sudan mühasirəsindədir. Misirlə sərhəddə yerləşən Rəfəh keçidi isə məhdudliyyətlə açılır./SalamNews/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər