DÜNYA

Hit : 3560

İsrail Hərbi Hava Qüvvələri ciddi itki verdi: ən azı üç F-16 qırıcısı məhv edildi - FOTO

İsrail Hərbi Hava Qüvvələri ciddi itki verdi: ən azı üç F-16 qırıcısı məhv edildi - FOTO

11:47, 13.01.2020

İsrail Hərbi Hava Qüvvələri iki gün ərzində ən az üç F-16 qırıcısını itirdi.

İslaminSesi-nin avia.pro portalına istinadən verdiyi məlumata görə, son 48 saat ərzində İsrail Hərbi Hava Qüvvələri ən az üç F-16 qırıcısını itirib. Qırıcıların sulara qərq olduğu bildirilir. 

 

Rəsmi Təl-Əvivin bu haqda açıqlama vermədiyinə baxmayaraq, İsrail əsgərlərinin çəkdiyi fotolardan F-16 qırıcılarının həqiqətən də suda batdığı açıq-aşkar görünür. Səbəbin isə səhlənkarlıq olduğu bildirilir. Belə ki, davamlı yağışlar yağsa da, qırıcılar qonşu aviabazalara keçməyiblər. Bununla əlaqədar, sonuncu qırıcının demək olar ki, tam yarısı su altında qalıb.

 


Qeyd edək ki, İsrail qırıcılarının yoxa çıxması ilə bağlı məlumatlar olduqca müxtəlifdir. Belə ki, mənbələrdən biri yalnız bir döyüş təyyarəsinin suda batdığını bildirir. Digər mənbələrə görə isə, üç belə təyyarənin itirildiyi iddia edilir. Amma bu sadəcə iddia deyil. Çünki əldə bununla bağlı sübutlar var. Üstəlik, intensiv yağışlar zamanı ən azı 8 döyüşçünün zərər çəkdiyi də vurğulanır.

 


Əlbəttə, İsrail Müdafiə Nazirliyinin rəsmi açıqlamalarının olmaması vəziyyəti tam qiymətləndirməyə imkan vermir. Lakin daşqınların miqyasını nəzərə alsaq, dəyən zərərin milyonlarla dollar məbləğində olduğu haqda danışmaq olar.


Onu da qeyd edək ki, İsrail qırıcılarının qonşu aviabazalara nə üçün yerləşdirilmədiyi hələ ki məlum deyil.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər