İSLAM

Hit : 942

İslamı qəbul edən amerikalı David İmam Hüseyn (ə) sevgisini möcüzə adlandırıb –VİDEO

İslamı qəbul edən amerikalı David İmam Hüseyn (ə) sevgisini möcüzə adlandırıb –VİDEO

09:52, 22.11.2018

Həqiqət sorağında olan Amerika vətəndaşı olan David Filip İslam dinini qəbul edib və Əhli-Beyt (ə) yolunu ən doğru yol kimi özündə təsdiq edib. Onun İslama olan heyranlığı bu din haqqında daha dərin araşdırmalar aparmağa, İslamı dərindən öyrənməyə sövq edib. O İslam elmlərini öyrənmək üçün İrana , elmi hövzəyə gəlib və artıq İslam təlimləri ilə yaxından məşğul olur. O ərəb və fars dillərini də öyrənib.

“İslamınSesi” – David Filip özünün İslama olan heyranlığından danışıb və İmam Hüseyn (ə) eşqini Allahın bir möcüzəsi adlandırıb. Davidin dediklərindən:

 

-Mən, yalnız imamlardan birini sevirəm deyə bilmərəm

Bu bizim düşündüyümüzdən daha böyükdür

Mənim üçün çox təəccüblüdür və bir möcüzədir

İlahi bir möcüzə!

 

Ata ananız öləndə az ağlayırsınız, amma İmam Hüseynə həmişə

 

Bağışlayan və mehriban Allahın adıyla

Adım David Filipdir, Amerikalıyam. Newyork şəhərindənəm

İslamı tanımamışdan əvvəl mən məsihiydim və katolikidim

Və həyatım boyu ilahi dinlər haqqında araşdırma aparmışam

Bütün dinləri araşdırdım və gördüm ki İslam, dinlər arasında ən doğru və ən xalis dindir.

Və qəlbimə daha yaxın hiss etdiyim bir dindir.

Mən İslamı qəbul edəndən bir neçə il sonra şiə məzhəbini tapdım

Əhli Beyt haqqında mütaliələr mənim qəlbimi oxşadı

Və düşündüm ki bu məzhəb bütün dinlərdən daha məntiqli və əqli bir məzhəbdir

 

Bir dostum mənə Quran bağışladı

Əvvəl mən elə bilirdim ki Quranı oxuyanda səhvlər aşkarlayacağam

Bir dəfə oxudum, iki dəfə oxudum hətta yeddi dəfə oxudum və heç bir səhv tapa bilmədim

Quranda heç bir qüsur tapa bilmədim

Və düşündüm ki Quran yuzdə yüz Allahın kitabıdır.

Və bunu başa düşən kimi də İslamı qəbul etdim.

 

İslam haqqında çox araşdırma apardım və başa düşdüm ki əyər mən İslam elmlərini daha dərindən öyrənmək istəyirəmsə, islam ölkəsinə getməliyəm və bir mədrəsədə dərs oxumalıyam.

Məktəb haqqında da təhqiqat apardım və başa  düşündüm ki Qum və Nəcəf şəhəri bu elmləri öyrənmək üçün ən unikal məkandır.

 

Mənim üçün İslam dinində ən ləzzətli dəyər Allahın rəhmətidir

Biz Allahın rəhmətinin böyüklüyünü anlaya bilmərik

O, bizim düşündüyümüzdən daha böyükdür.

İslamı qəbul etdikdən sonra dünya barəsindəki düşüncələrimdə böyük dəyişikliklər oldu.

 

İnsan və axirət arasındakı rabitə...

Yəni hansı daha mühümdür?

Dünya yoxsa axirət?

 

Ən çox bünün üzərində düşünürəm

Əvvəllər bu barədə daha az düşünürdüm.

Amma indi hər gün bu barədə düşünürəm

Öldükdən sonra hara gedəcəyəm?

 

Onlardan (imamlardan) hansını daha çox istədiyimi deyə bilmərəm

 

Mənim üçün əmir əl möminin imam Əli (ə) ən dəyərli bir şəxsdir.

O, Bəşər olaraq üzərinə düşən bütün vəzifələri kamil şəkildə yerinə yetirdi

İstər hökumət işlərində, istər müharibədə və istərsə də xalq içində ən üstün bir şəxs idi.

Amma imam Hüseynin misli-bərabəri yoxdur.

İmam Hüseyn haqqında çox diqqət çəkən və gözəl bir şey var

 Bu müsəlmanların imam Hüseynə olan eşqidir.

Bu sanki bir möcüzədir.

 

Əyər qardaşınız, atanız və ya ananız dünyadan köçsə, bir il, uzağı bir il yarım ürəyiniz onun üçün darıxar, az ağlayarsız. Zamanla unudarsınız.

Amma imam Hüseyn üçün həmişə.

Dünyanın ən maraqlı hadisələrindən biri budur ki, milyonlarla insan Nəcəfdən Kərbəlaya piyada gedir.

Və hər kəs bir-birinə kömək edir.

Başqa heç bir yerdə bu cür rəftar görməmişəm

İnsanlardan ümidsiz olduğum vaxt ərbəini xatırlayıram.

Ərbəini xatırlayanda başa düşürəm k,i hələ də  ümid itməyib.

 

İmam Hüseyn eşqi insanlara ümid verir.

Bu ümidi dünyanın heç bir yerində tapa bilməzsiniz.

Bu mənim üçün çox təəccüblür

Əhli Beyt və İmam Hüseyn (ə) sevgisi Allahın bir möcüzəsidir.

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər