İSLAM

Hit : 147

"İslamda vardır!" (2) kitabı işıq üzü gördü

09:58, 03.09.2019

"İslamda vardır!” (2) kitabı artıq çapdan çıxıb.

 

“İslaminSesi” xəbər verir ki, bir sıra iradların və süni şəkildə yaradılan şübhələrin tam dolğun cavablarını əhatə edən “İslamda Vardır” kitabı artıq işıq üzü görüb.

 

Kitabda cəmiyyətdə şübhə doğuran bəzi məqamlara aydınlıq gətirilib.  Eyni zamanda, ictimaiyyətdə birmənalı qarşılanmayan dini mövzular Quran, hədis, təfsir, əqli dəlillər və tarixi faktlarla real nümunələr əsasında sübuta yetirilib.

 

Sözügedən kitabda İslam dininin Peyğəmbər mərkəzli yoxsa vəhy mərkəzli din olması, İslamda Əhli-beyt (ə) sevgisinin olması, İslamda təvəssül, “təbərrük”, təqiyyə anlayışının olması, İslamda yas zamanı qara libas geyinməyin olması, İslamda Əzrail adlı mələyin olması və sair, bu kimi mühüm mövzular öz əksini tapıb.

 

“İslamda vardır!” kitabının özəlliyi iradlara dəlillərlə cavab verilməsi, mövzuların yığcam və dolğun şəkildə oxucuya təqdim olunması və hər iki ənənəvi məzhəbin təsdiq və qəbul etdiyi mənbələrə istinad olunmasından ibarətdir.

 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab 350 səhifədən və öncəki cilddə olduğu kimi yenə də 25 mövzudan ibarətdir.

 

Qeyd edək ki, "İslamda vardır" kitabının müəllifi ilahiyyatçı, araşdırmaçı Mahir Şəkərovdur. Sözügedən kitab müəllifin sayca üçüncü kitabıdır. O, bundan əvvəl qələmə aldığı “Bütün Peyğəmbərlər məsumdur”, "İslamda Vardır" 1 adlı kitabın, eyni zamanda, bir neçə elmi tədqiqat əsərlərinin müəllifidir.

 

Məlumat üçün bildirək ki, kitab artıq satışa çıxarılıb.

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər