İSLAM

Hit : 166

İslam peyğəmbərinin hicrəti – İmam Əlinin (ə) dünyanı heyran edən fədakarlığı

İslam peyğəmbərinin hicrəti – İmam Əlinin (ə) dünyanı heyran edən fədakarlığı

10:07, 30.10.2019

Rəbul-əvvəl ayının biri İslam peyğəmbərinin (s) Məkkədən Yəsribə hicrət etdiyi gündür. Üç gün “Sur” mağarasında qalan peyğəmbər (s) ayın 4-cü günü Mədinəyə doğru hərəkət edir.

 

 

İslaminSesi.info - İslam dini və islam coğrafiyası indiki vəziyyətinə heç də asanlıqla gəlib çıxmayıb. İslamın ilkin çağlarında müsəlmanların vəziyyəti çox ağır və acınacaqlı idi. Hətta Allahın peyğəmbərinin (s) çəkdiyi çətinlikləri belə insan düşünəndə heyrətə gəlir. Məkkəliər peyğəmbəri (s) və ilk müsəlmanları incidir, hətta öldürməkdən belə çəkinmirdilər. Peyğəmbərin (s) yoluna tikan tökür, evlərin damından o Həzrətin (s) mübarək vücuduna zir-zibil tullayırdılar.

 

Bu pis əməlləri ilə heç bir nəticə əlıdə edə bilməyən Məkkə müşrükləri nəticədə peyğəmbəri (s) qətl etmək qərarına gəldilər. Hər tayfadan bir nəfəri seçib, əl qılınclı o Həzrətin evinə göndərdilər. Lakin Allahın iradəsi onların fitnəsinə mane oldu. Hz. Cəbrayılın xəbər gətirməsi ilə Allah Rəsulu (s) rəbiul-əvvəlin 1-ci gecəsində Hz. Əlini (ə) öz yatağında yatızdırıb, özü Məkkəni tərk etdi. İmam Əli (ə) heç bir tərəddüd etmədən peyğəmbərin yatağında yatır. Halbuki müşriklərin razılaşmasına görə evə daxil olan silahlılar yatağa yaxınlaşan kimi orada olan şəxsi (peyğəmbəri) dərhal qılınclamalı idilər. Həzrəti Əli (ə) peyğəmbəri (s) və İslamı xilas etmək üçün düşünmədən bu fədakarlığa razı olur, hətta peyğəmbərin bu istəyini  təbbəssüm və sevinclə qarşılayır. Əliqılınclılar peyğəmbərin yatağında ğənc Əlini (ə) gördükdə donub qalırlar. Quranı Kərinm İmamın (ə) bu fədakarlığını belə qiymətləndirir:

 

“İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir” – Bəqərə 207

 

Bütün məşhur təfsir kitablarında bu ayənin nazil olma səbəbinin İmamın həmin gecə etdiyi fədakarlıqla bağlı olduğu qeyd olunmuşdur.

 

Müşrüklər bundan xəbər tutub peyğəmbəri (s) təqib etməyə başladılar.Allah rəsulu (s) yol üzərində olan bir mağaraya sığındı. Üç gün mağarada qalan peyğəmbər (s) rəbiul-əvvəlin 4-cü günündə Mədinəyə doğru hərəkətə başladı.

 

Bu hadisə İslam peyğəmbərinin (s) hicrəti idi. Bu hicrət bir neçə nəfərdən ibarət olan kiçik islamı camiənin böyüməsi, yeni islam xilafətinin əsasının qoyulması demək idi. Az bir vaxtdan sonra artıq mərkəzi Yəsrib olan yeni islami cəmiyyət dünyada imperiyaların  belə hesablaşdığı bir xilafətə çevrildi.

 

İslam peyğəmbərinin (s) hicrəti yeni dövlətin əsasını qoymaqla bərabər yeni tarixin, yeni eranın əsasını da qoydu. Artıq yeni bir mədəniyyət, yeni bir ideologiya formalaşırdı. Həm İslamın əhatə etdiyi coğrafiyanın əhalisi, həm də yaxın ərazilərin insanları bu ilahı nurdan geniş şəkildə bəhrələnməyə başladılar.

 

Rəbiul-əvvəl ayı hicri təqviminin 3-cü ayıdır. II Xəlifənin zamanında miladi 637-ci ildə yeni islam təqvimi təsis edildi və ilin başlanğıcı Allah Rəsulunun (s) hicrəti ilə hesablanmağa başlanıldı. 622 ci il iyulun 16-sı hicri təqviminin başlancığı kimi qəbul edildi. Hicri-qəməri adlanan bu təqvim öz hesablarını ayın "mənzilləri" ilə hesablayır.

 

Hazırda bir çox müsəlman ölkələri hicri-qəməri (hicrət ay təqvimi ilə) və hicri-şəmsi (hicrətdən günəş təqvimi ilə) olaraq öz təqvimlərində Peyğəmbərin (s) hicrəti ilə hesablanan təqvimdən istifadə edirlər.

 

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər