DÜNYA

Hit : 28

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

10:24, 03.06.2020

İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 31-ci ildönümüdür. İldönümü ilə əlaqədar İranda və sair müsəlman ölkələrində bir sıra tədbirlər və mərasimlər keçirilir.

İslaminSesi.info xəbər verir ki, iyun ayının 3-ü İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü günüdür. Ayətullah Xomeyni 1902-ci ildə dünyaya gəlib və 1989-cu ildə vəfat edib.

İnqilabı ilə dünyada misilsiz siyasi zəlzələ yaradan bu arif və fəqih ömrünün 15 ilini iraq, Türkiyə və Fransada sürgündə keçirib.

  

Ayətullah Xomeyni İraqda sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, şahlıq rejiminin mahiyyətini və Amerikanın İrandakı istismarçı siyasətini ifşa edib, intensiv çağırışlar edərək, İslam İnqilabının şah rejimi üzərində zəfər çalmasına şərait yaradıb.

 

Nəhayət, mübarizənin yüksəlişi və Ayətullah Xomeyninin Fransaya hicrət etməsi, sonradan isə İrana qayıdışı İslam İnqilabının 1979-da zəfər çalması ilə nəticələndi. 

 

Həmin zaman dünyada iki qüdrət şərqin kommunizmi və qərbin kapitalizmi ölkələri ələ aldığı zamanda üçüncü bir qüdrətin meydana çıxması hamını heyrətləndirmişdi. Çünki o zaman yalnız bu iki qütbdən birinin siyasi tərkibində olmaqla baş qaldırmaq mümkün idi. Bütün siyasi proseslərin və diaqnozların əksinə olaraq “Nə şərqi nə qərbi yalnız islam cümhuriyyəti” devizi altında bir iqtidar meydana gəldi. Bu inqilab dünyada imperializm və sosializmin inkişaf etdiyi bir vaxtda sözügedən qütblərə meydan oxuyan bir cərəyan formalaşdırdı.

 

 

Bu inqilab İran daxilində 2500 illik şahlıq rejimini devirmək və ölkədə dini demokratiya modelini bərqərar etməyə çalışmaqla yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi.

 

Ayətullah Xomeyni böyük siyasətçi olmaqla yanaşı həm də məşhur fəqih və arif idi. Onun vəfatı və dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşdü. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsi idi. O zaman Ayətullah Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i qədər yəni 10 milyon 200 min insan iştirak etmişdi.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər