DÜNYA

Hit : 24

İŞİD-in yeni lideri İraqda saxlanıldı

İŞİD-in yeni lideri İraqda saxlanıldı

12:16, 21.05.2020

İŞİD terror təşkilatının ötən il öldürülən sabiq lideri Əbubəkr Əl-Bağdadinin xələfi Abdullah Qardaş İraq xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə İraq Milli Kəşfiyyat Xidməti məlumat yayıb.

 

Maraqlıdır ki, saxlanılan terrorçunun fotosu ötən gün təhlükəsizlik məsələləri üzrə iraqlı ekspert Huşam əl-Haşimi tərəfindən yayımlanıb.


Ekspert bildirib ki, Abdullah Qardaş “Əl-Qaidə” terror təşkilatında yüksək nüfuza sahib olub, 2007-ci ildə isə İŞİD sıralarına qoşulub.


KİV Abdel Kardaşı İŞİD-in yeni başçısı adlandırırdı. “Guardian” qəzetinin məlumatına görə, dəstənin banilərindən biri Əmir Məhəmməd Əbdül Rəhman əl-Maulə əl-Salbi olub.


Qəzetin kəşfiyyat təşkilatının iki nümayəndəsindən aldığı məlumata görə, İraq sakini Əmir əl-Salbi əl-Bağdadinin 2019-cu ilin oktyabrında zərərsizləşdirilməsindən bir neçə saat sonra İŞİD rəhbəri təyin edilib. Nəşr yazır ki, o həmçinin Hacı Abdel və Abdella Kardaş təxəllüsləri ilə məşhurdur.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər