SİYASƏT

Hit : 346

İrəvanın yeni silahı “metallom”dur – Rus ekspert

İrəvanın yeni silahı “metallom”dur – Rus ekspert

15:33, 05.03.2020

Hindistan mediası Ermənistan Müdafiə Nazirliyinin Hindistan istehsalı olan artilleriya əleyhinə radarları ilə bağlı tenderdə qalib gəldiyini bildirdi.

Məsələ bundadır ki, Ermənistan az tanınan “Svathi” RLS-lərinin ilk xarici sifarişçisi oldu. “Svathi”lərin analoqu olan Rusiyanın “1L219M Zoopark-1M” və Polşanın “Liviec” radarları da var. Həqiqətən hər şeyə həssaslıqla baxsanız, Rusiyanın bu sahədəki nüfuzunun daha yüksək olduğu açıq-aydın görünür.

 

Bunu rusiyalı hərbi analitik Aleksandr Xrolenko deyib.


“Rusiyanın bu sistemlərinin imkanları daha genişdir. Ermənistan 40 milyon dolları daha faydalı və effektli sistemə xərcləyə bilərdi”, - Xrolenko bildirib.


Qeyd edək ki, Rusiyanın “Zoopark-1M” analoji sistemləri silahlanmaya 2007-ci ildə qəbul edilib və hərbi əməliyyatlarda yoxlanılıb. Hindistanın ordusu isə 14 illik sınaqdan sonra 2017-ci ildə bu sistemin ilk sifarişini alıb. Amma onun texniki məlumatları hələ də tamamilə öyrənilməyib./axar.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər