DÜNYA

Hit : 62

İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

15:23, 26.02.2020

İraq təhlükəsizlik qüvvələri Səlahəddin əyalətində onlarla İŞİD-çini zərərsizləşdirib.

Sumariya Agentliyi xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat veriblər.

 

Bildirilib ki, Səlahəddin əyalətinin əl-Xanu təpələrində İŞİD-ə qarşı əməliyyat 10 saatdan çox çəkib.


Əməliyyat nəticəsində İŞİD-in bir "müfti"si də daxil olmaqla 39 terrorçusu zərərsizləşdirilib.


Bu əməliyyatda bir silah anbarı da aşkarlanıb.


Qeyd edək ki, İŞİD-in İraqda zəbt etdiyi ərazilər 2018-ci ilin əvvəlində tamamilə azad edilib. Terror təşkilatı son illərdə ucqar bölgələrdəki sığınacaqlarından çıxaraq ara-sıra hücumlar həyata keçirir./SalamNews/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər