DÜNYA

Hit : 492

İraqdakı aviabazadan təxliyyə olunan ABŞ hərbçiləri geri qayıtmaqdan imtina etdi

İraqdakı aviabazadan təxliyyə olunan ABŞ hərbçiləri geri qayıtmaqdan imtina etdi

16:21, 14.01.2020

ABŞ ordusu İranın ballistik raketlərlə məhv etdiyi aviabazaya qayıtmaq istəmir.

İran ordusunun, ABŞ-ın İraq ərazisindəki Bələd aviabazasına endirdiyi raket zərbələrindən sonra təxliyyə edilmiş Amerika hərbçiləri yenidən həmin bazaya qayıtmaq istəmirlər.

 

İslaminSesi-nin avia.pro nəşrinə istinadən verdiyi xəbərə görə, bu, Amerikanın "Patriot" hava hücumundan müdafiə sistemlərinin zərbələri dəf edə bilmədiyi ilə bağlıdır. Bu səbəbdən ABŞ hərbçiləri etibarlı qorunma sistemi olmayan bazaya qayıtmaqdan imtina ediblər.


Qeyd olunur ki, məlumatı Amerika tərəfi də dolayı yolla təsdiqləyir. Belə ki, ikinci raket hücumu zamanı bu obyektdə Amerika əsgərlərinin olmadığı üzə çıxıb. Bunu aviabazanın cəmi bir gün içərisində boş olduğu, təyyarələrin, vertolyotların, dronların və bütün personalın oradan təxliyə edildiyi haqda Twitter-də yayılan videodan da görmək mümkün idi.


Doğrudur, ABŞ Müdafiə Nazirliyi hərbçilərin İraqa qayıtmaqdan imtina etməsi ilə bağlı rəsmi açıqlama verməyib, lakin NATO-da qulluq edən bir hərbçi Əl-Əsəd aviabazasına raket hücumlarının çox dəhşətli olduğunu bildirib.


“Həddən artıq dəhşətli idi. Təsvir etmək belə mümkün deyil. Heç kimin belə bir dəhşəti yaşamasını istəməzdim. Biz heç bir şey edə bilmədik, vəziyyəti qiymətləndirməyə belə imkan tapmadıq. Bu vəziyyətdə nə qədər gözlədiyimizi bilmirəm, təxminən bir neçə saat olardı”, - deyə rus qəzeti danimarkalı əsgərdən sitat gətirib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər