DÜNYA

Hit : 18

İraqda İŞİD polisə silahlı hücum edib

İraqda İŞİD polisə silahlı hücum edib

10:49, 16.05.2020

İraqın Səlahəddin bölgəsində terrorçular polisə silahlı hücum edib.

 

İslaminSesi.info İraq KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Mənbənin bildirdiyinə görə İŞİD terror qruplaşmaları üzvləri Səlahəddin Qubernatorluğunun Dəcil rayonunun Şeyx İbrahim bölgəsində təhlükəsizlik xidməti əməkdaşlarına silahlı basqın edib. Nəticədə bir əməkdaşın şəhid edildiyi, bir nəfərin də yaralandığı bildirilir.

 

Terrorçular ərazidən kənarlaşdırılıb.

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər