DÜNYA

Hit : 334

İraqda ABŞ əleyhinə milyonların qatılacağı kütləvi yürüşün vaxtı açıqlandı

İraqda ABŞ əleyhinə milyonların qatılacağı kütləvi yürüşün vaxtı açıqlandı

15:27, 16.01.2020

İraqın Sədr Hərəkatının rəhbəri Seyid Müqtəda Sədrin xalqı yadelli işğalçılara qarşı milyonluq yürüşə dəvət etməsinin ardınca İraq parlamenti bu yürüşün tarixini açıqlayıb.

 

İslaminSesi-nin İQNA-ya istinadən verdiyi xəbərə görə, İraqın "Sədr Hərəkatı" rəhbəri Seyid Müqtəda Sədrin xalqı yadelli işğalçılara qarşı milyonluq yürüşə dəvət etməsinin ardınca İraq parlamenti bu yürüşün tarixini açıqlayıb.

 

İraq parlamentinin nümayəndəsi Aliyə Nəsif Casim Übeydi mətbuat konfransında işğalçıların İraq xalqı üçün böyük problemlər yaratdığını vurğulayaraq deyib: İraq xalqının müstəqillik və azadlıq uğurunda iradəsini göstərəcək kütləvi yürüş Yanvar ayının 24-də keçiriləcək.

 

O əlavə edib: Qəhrəman İraq xalqı bu yürüşdə dünyanın ən gözəl milyonluq təsvirini canlandıracaqlar. Amerika silahlı qüvvələrinin İraqdakı cinayətlərin cana doymuş xalq öz vəhdəti ilə buna birdəfəlik son verəcək. Çünki İraq xalqının iradəsi əxlaqsız Amerikanın və şərəfsiz müttəfiqlərinin işğalçı qoşunundan daha güclüdür.

 

Parlamentinin nümayəndəsi Aliyə Nəsif Casim Übeydi əlavə edərək deyib: İşğalçılar qarşısında şərəflə və qəhrəmancasına mübarizədə tutduğumuz bu mövqe ki, tezliklə xalqın milyonluq yürüşləri bunu dünyaya göstərəcək, böyük fədəkarlıq göstərən şəhidlərimizə və xalqımıza mübarək olsun.

 

Qeyd edək ki, cari həftənin çərşənbə axşamı günü İraqın Sədr Hərəkatının rəhbəri Seyid Müqtəda Sədr xalqı işğalçılar əleyhinə milyonluq yürüşlərə dəvət etmişdi. İraqın Fəth, Əsaibu Əhlil-Həqq, İraq Hizbullah Taborları və Nücbə hərəkatları da bu dəvəti dəstəkləmişdilər.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər