SİYASƏT

Hit : 116

İraq ciddi təhlükə ilə qarşı-qarşıyadır – Sədr

İraq ciddi təhlükə ilə qarşı-qarşıyadır – Sədr

11:30, 04.02.2020

Müqtəda Sədr İraqın ciddi təhlükə ilə üz-üzə olduğunu deyib.

 

İslaminSesi xəbər verir ki, bu barədə  sosial şəbəkələrdə Müqtəda Sədrə çox yaxın mənbələr paylaşım edib.

 

Həmçinin Sədrə yaxın olan Muhəmməd Saleh İraqi sosial şəbəkələrdə paylaşım edərək insanları son fürsətlərdən yararlanmağa, dinc aksiyaları davam etirərək İraqı xilas etməyə səsləyib:

“Bu, İraqı xilas etmək üçün son fürsətdir. Dinc, islahat tələb edən inqilabın son fürsəti! Bəli, bu son fürsətdir, onu qaçırmayın!”

 

"Hər kəs, təhlükəsizlik qüvvələri, qəbilələr, hövzə tələbələri, universitet tələbələri, fəallar, ziyalılar və media nümayəndələri hərkəs İraqı xilas etmək üçün məsuliyyət daşıyır”-deyən Saleh İraqi, “İraq çox böyük bir təhlükədədir, nə vaxta kimi göz yumacağıq, gəlin, İraq sizin üçün fəryad edir!” deyə bütün İraqı dinc etirazlara səsləyib.

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər