İSLAM

Hit : 106

İranda İmam Rza (ə)-ın türbəsinin təmizlənməsi mərasimi keçirilib

İranda İmam Rza (ə)-ın türbəsinin təmizlənməsi mərasimi keçirilib

22:31, 31.08.2019

Bu gün İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi İmam Rza (ə)-ın Məşhəd şəhərindəki müqəddəs türbəsinin təmizlənməsi mərasimində iştirak edib.

 

"İslaminSesi" xəbər verir ki, inqilabdan sonra İranda formalaşmış dini ənənəyə görə hər il Məhərrəm ayının başlamasına 1 gün qalmış Ali Rəhbər Məşhəd şəhərinə gedərək təmizləmə mərasimi keçirir. Ənənəyə görə Ali Rəhbər paltarını dəyişərək İmam Rzanın (ə) məzarını və ətrafını təmizləyir.

 

Bu mərasim müqəddəs hesab olunur və İmam Rza Mavzoleyi Fondu tərəfindən təşkil olunur.

 

Mərasimdə İranın dini elitası da iştirak edir.AzıeTac

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər