SİYASƏT

Hit : 180

İranda benzinin qalxmasına böyük din alimləri münasibət bildirdi - Təcili

İranda benzinin qalxmasına böyük din alimləri münasibət bildirdi - Təcili

19:17, 16.11.2019

İranda benzinin qalxmasına mərceyi təqlidlərdə etiraz edib. Ayətullah Safi Gülpayiqani və Ayətullah Ələvi Qorqani benzinin artması ilə bağlı narahatlıqlarını bildirərək, İranın parlament üzvlərindən bu qərarın ləğv edilməsi üçün hərəkətə keçmələrini istəyiblər.

 

Bundan əlavə benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın Kirman əyalətinin Sircan şəhərində keçirilən etiraz aksiyasında bir nəfər ölüb.  

 

Həmçinin Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları və mitinqlər olub.

 

Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyəti güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub.  Eastnews 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər