DÜNYA

Hit : 36

İranda bayram namazları məscidlərdə qılınacaq

İranda bayram namazları məscidlərdə qılınacaq

14:12, 16.05.2020

“İran epidemiyanın ağır mərhələsini geridə buraxdı” - Ruhani

 

İslaminSesi.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani bu gün Tehranda Corona ilə Mübarizə üzrə Milli Qərargahın iclasında çıxışı zamanı deyib.

 

Artıq epidemiyanın ağır mərhələsini geridə qoyduqlarını deyən Ruhani, tibbi prafilaktik göstərişlərə riayət etməklə bəzi məhdudiyyətlərin ləğv ediləcəyinə işarə edib.

 

Bu mübarək ayda “Qədr gecələri”nin fəzilətinə, “Qüds günü”nün əhəmiyyətinə toxunan Ruhani əhalini bu günlər münasibəti ilə təbrik edib və qarşıdan gələn Ramazan bayramı günlərində məscid və hüseyniyyələrin möminlərin ixtiyarına veriləcəyini bildirib.

 

Ölkə başçısı həmçinin insanları mübarək günlərdə mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb və epidemiya təhlükəsinin tam yox oladığını bildirib.

 

Qeyd edək ki, “Qüds günü” Ramazan ayının son cüməsinə təsadüf edir və İranın 218 şəhərində bu günlə əlaqədar Qüdsün işğalına etiraz yürüşləri keçiriləcək.

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin son məlumatına görə dünən 48 nəfər koronovirusdan dünyasını dəyişib və ümumi ölənlərin sayı 6902-yə çatıb. Bununla yanaşı 2102 yeni yoluxma qeydə alınaraq yoluxanların ümumi sayı 116 635-ə çatıb.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər