ÖLKƏ

Hit : 560

İrana maye qaz daşıyan avtosistern Salyanda qəzaya uğradı

İrana maye qaz daşıyan avtosistern Salyanda qəzaya uğradı

11:27, 16.02.2019

Bu gün səhərə yaxın Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 31-ci km-də İran İslam Respublikasında fəaliyyət göstərən “Maral” şirkətinə məxsus maye qaz daşıyan, xüsusi qurğulu yük maşını qəzaya uğrayıb.

"İslaminSesi.info" Virtualaz.org-a istinadən  məlumat verir ki, İranın Məşhəd şəhər sakini, 27 yaşlı Yəhuti Rəhmət Abdulhəkim oğlunun idarə etdiyi “Mercedes Benz” markalı avtosistern onunla bir “karvan”da qarşısında gedən yük maşınına çırpılıb.

 

Hadisə nəticəsində sol aşağı ətrafından xəsarət alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin sürücünün sükan arxasında mürgüləməsi səbəbindən baş verdiyi ehtimal edilsə də, sürücü özü əyləc sistemindəki nasazlıqdan baş verdiyini deyib.

 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər