SİYASƏT

Hit : 431

İran bazalarımıza 16 ballistik raket atıb – ABŞ müdafiə naziri (FOTO)

İran bazalarımıza 16 ballistik raket atıb – ABŞ müdafiə naziri (FOTO)

11:18, 09.01.2020

ABŞ müdafiə naziri Mark Esperin verdiyi açıqlamaya görə İran, Amerika bazalarına 16 ballistik raket atıb.

 

İslaminSesi Alalam-ə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Mark Esper bunu, bu gün jurnalistlərə verdiyi açıqlamada deyib.

 

Onun sözlərinə görə İranın atdığı 16 balistik raketdən 11-i “Ayn Əsəd” bazasına, 1-i isə Ərbildə olan bazaya düşüb.

 

ABŞ müdafiə naziri insan tələfatı barədə məlumat verməyib, yalmız texnika və tikililərə zərər dəydiyini deyib.

 

İran KİV-nin yaydığı məlumata görə dünən ABŞ hərbi bazalarına edilən raket hücumları nəticəsində 80-dən çox insan tələfatı olub, 200-dən artıq hərbçi yaralanıb.

 

Sputniknews-ın İsrailin “Haaretz” qəzetinə istinadən verdiyi xəbərə görə isə dünən 224 yaralı ABŞ hərbçisi Təl-Əvivə, xəstəxanalara yerləşdirilib.

 

“National Public Radio” saytı ABŞ-a məxsus bazanın hücumdan sonrakı görüntülərini yayımlayıb.

 

 

 

 

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər