SİYASƏT

Hit : 77

İran Amerika ilə yanaşı Avropanı da ölkədə terroru dəstəkləməkdə ittihamlandırıb

İran Amerika ilə yanaşı Avropanı da ölkədə terroru dəstəkləməkdə ittihamlandırıb

11:14, 29.06.2020

İran Amerika ilə yanaşı bir sıra Avropa dövlətlərini də ölkədə terror aktları törətmiş və “Münafiqin” adı ilə tanınan “Xalq Mücahidləri” şəbəkəsini dəstəkləməkdə ittihamlandırıb.

SalamNews xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi rəsmi twıtter səhifəsində bəyanat verib.

Bəyanatda Amerika ilə yanaşı Avropa tərəfindən də “Xalq Mücahidləri” terror şəbəkəsinə fərqli müstəvilərdə dəstəklərin verildiyi bildirilib.

İran XİN-in bəyanatında deyilir:

“Xof və terror firqəsi olan Münafiqlər şəbəkəsi Avropada məskən salıb və Amerika isə onların zorakı addımlarını təmin edir və maliyyələşdirir. Amerika və Avropanın İranda bu şəbəkənin əli ilə qətlə yetirilən günahsız iranlıların ölümündə əlləri var. ”

Qeyd edək ki, son 40 ildə İranda baş verən bir sıra terror aktlarını “Xalq Mücahidləri” öhdəsinə götürüb.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər