DÜNYA

Hit : 18

İran ABŞ hakimiyyətini öz vətəndaşlarına qarşı zorakılığa son qoymağa çağırdı

İran ABŞ hakimiyyətini öz vətəndaşlarına qarşı zorakılığa son qoymağa çağırdı

12:46, 01.06.2020

İran Xarici İşlər Nazirliyi, məlum hadisələrlə əlaqədar ABŞ hakimiyyətini vətəndaşlarına qarşı zorakılığı dayandırmağa çağırıb.

İslaminSesi RİA Novosti-yə ictinadla xəbər verir ki, brifinq zamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi həm ABŞ hakimiyyət, həm də ABŞ vətəndaşları ilə İngilis dilində danışaraq, "məzlum vəziyyətə" düşən insanlara dəstəyini ifadə edib.

 

"Amerika rəsmilərinə və polisə mesajımız ondan ibarətdir ki, öz vətəndaşlarına qarşı zorakılığı dayandırsınlar, onlara nəfəs almağa imkan versinlər", - deyə Musəvi ABŞ hökumətinə müraciət edib.


Xatırladaq ki, Minneapolisdə və ABŞ-ın bir sıra digər şəhərlərində amerikalı qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra iğtişaşlar baş verib.  Belə ki, internetdə polisin Floydu ələ keçirdiyini, dizi ilə boynuna basdığını göstərən videolar ortaya çıxıb. Videoda, reanimasiyada ölən Floydun bundan əvvəl bir neçə dəfə nəfəs ala bilmədiyi haqda xəbərdarlıq etdiyi görünüb.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər