SİYASƏT

Hit : 966

İnsanların qətlinə və təcavüzünə fətva verən İŞİD müftisi ingilisdən maliyyə aldığını deyib

İnsanların qətlinə və təcavüzünə fətva verən İŞİD müftisi ingilisdən maliyyə aldığını deyib

16:40, 27.01.2020

İraq Təhlükəsizlik Qüvvələri tərəfindən Mosul şəhərində gizləndiyi padvaldan çıxardılaraq həbs edilən İŞİD müftisi ingilislərdən maliyyələşdiyini etiraf edib.

 

İslaminSesi Alarabiyaya istinadən xəbər verir ki, “Şəfaun-nimə” ləqəbli bu təhlükəli müfti bir ingilisdən pul aldığını etiraf edib.

 

Terroçu “müfti” həmçinin bir çox qanlı fətvalar verdiyini etiraf edib, hətta İŞİD-ə verilən fətvaların çoxunu öz üzərinə götürüb.

 

Daily Mail qəzetinin İraq təhlükəsizlik orqanlarına istinadən verdiyi xəbərə görə “Müfti” bir neçə il öncə Həcc mərasiminə getdiyini və orada Abu Mustafa əl-Nəcmavi adlı İngiltərə vətəndaşı ilə görüşdüyünü, Mosuldakı problemləri müzakirə etdiklərini, Abu Mustafanın buna 6000 min dollar verdiyini və pulun silahlı birləşmələrə xəcləməyini istəməsini etiraf edib.

 

Qəzetin bildirdiyinə görə İngiltərə polisi hazırada Abu Mustafa əl-Nəcmavi adlı şəxsin kimliyini araşdırır.

 

Xatırladaq ki, “Şəfaun-nimə” ləqəbli bu İŞİD rəhbəri bir neçə gün öncə Mosulda ələ keçirilib. O, o qədər kökdür ki, qalxıb yeriyə bilmir. İnsanların qətlinə, qadınların təcavüzünə fətva verən gombul müftini polisə “pikap” tipli avtomobilin arxasında gətiriblər.

 

مفتي داعش  أبو عبدالباري

 

 

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər