DÜNYA

Hit : 79

İngiltərədə ilk dəfə azan səsgücləndirici ilə verildi

İngiltərədə ilk dəfə azan səsgücləndirici ilə verildi

12:22, 01.06.2020

İngiltərənin cənub-şərqində yerləşən Vindzor və Meydenhed şəhərinin məscidində tarixdə ilk dəfə azan səsucaldıcılar ilə yayımlanıb.

İslaminSesi.info İQNA-ya istinadən xəbər verir ki, dünyada və İngiltərədə koronavirus pandemiyasının yayılmasının ardınca məscidlər öncəliyi tədbirlər çərçivəsində qapadılmışdı.

 

Meydenhed şəhərinin məsulları və şəhərin İslam Şurası məscidin ibadət üçün bağlı olduğunu nəzərə alaraq müsəlmanlarla həmrəylik nümayiş etdirmək hədəfi ilə məscidin səsucaldıclarından azan səsini yayımlayıblar.

 

Məscid xadimi Səğir Əhməd  (31 may 2020) boş məsciddə Azan deyib və onun səsi səsucaldıcılar vasitəsi ilə şəhərə yayılıb. Şəhər əhalisi məsciddən gələn Azan səsini eşitdikdə məscidin ətrafına tamaşaya toplaşıblar.

 

Meydenhed şəhər şurasının rəisi David Coppinger bu barədə deyib: Bu işə kömək etdiyimiz üçün çox şadam. Bu il müsəlmanlar üçün Ramazan ayı çətin keçdi. Ümid edirəm ki, məsciddən azan səsinin yayılması regionda yaşayan müsəlmanları xoşhal edəcək.  

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər