MÖVQE

Hit : 301

İmperialist qüvvələrə qarşı mübarizə aparan İran... - Onu bu mübarizəyə nə vadar edir?

İmperialist qüvvələrə qarşı mübarizə aparan İran... - Onu bu mübarizəyə nə vadar edir?

11:27, 16.01.2020

Bu gün İranı sevənlərlə bu ölkəyə antipatiya sərgiləyənlər arasında bir rəqabət gedir. Əslində birinci tərəf üçün bu nə rəqabət, nə də yarışdır.

İranı sevənlər haqqı, ədaləti, İslamı sevənlərdir, zülmə, istismara, hər növ istibdada nifrət edənlərdir. İkinci tərəfin isə niyyəti bəlli deyil. Çünki onların bəziləri Amerikanın, biriləri Avropanın, digərləri bu iki qütbün yedəyində gedən bəzi müsəlman ölkələrinin ayrı-ayrı cameələrinin sözünü, bir başqaları isə İslamın içindən seçilmiş çirkin və xəbis xislətli anti-İslamların yanlış fikir və düşüncələrini əzbərdən deyənlərdir. 

 

Amma bugünkü dünyanın real mənzərəsini diqqətlə izləyib ayrı-ayrı dövlətlərin apardıqları xarici siyasətini anlasalar görərlər ki, İstər Yaxın və Orta Şərqdə, istərsə də bütün müsəlman aləmində baş verən faciələr bugünkündən on qat artıq baş verə bilərdi. Konkret olaraq Fələstin, İraq, Əfqanıstan, Suriya, Yəmən, elə Türkiyənin özü dünyanın güc mərkəzləri tərəfindən, başda sionist İsrail rejimi olmaqla simaları dəyişdirilər, varlıqları sual altına alınardı, əgər İran olmasaydı. Məhz bu acınacaqlı vəziyyətin baş verməməsi üçün, mənzərənin bugünkü qədər qorunması üçün İran İslam Respublikası rəqəmlərlə ölçülə bilməyən itkilərə məruz qalmış, canlı qüvvəsindən kifayət qədər şəhid vermişdir ki, sonuncusu da düşmənin ən çox çəkindiyi Şəhid Qasim Süleymani idi.


Bəs əslində bu ölkəni qəsbkarlara qarşı dayanmağa nə vadar edir? Qənimətmi? Torpaqmı? Qəsbkarlıqmı? Hegemonluqmu? Siyasi, strateji maraqmı? Təkqütblü dünyamı? Dünyaya ağalıqmı? Bəlkə silah alış-verişi? Bəlkə bazar? Nəhayət ən başda dayanan yeraltı və yerüstü sərvətmi?


İranın uzaq və yaxın tarixi gərdişləri, digərlərindən kəskin fərqli olan milli-etnik vərdiş və xüsusiyyətləri, dövlətçilik ənənələri, apardığı müharibələrin səbəb və nəticələri, ölkənin sağlam real mənəvi mənzərəsi, bütün digər sadə xalqlara səmimi münasibəti, malik olduğu maddi, mədəni, mənəvi nemətləri tam və vicdanla deməyə imkan verir ki, bu ölkənin yuxarıda sual etdiklərimizin heç birinə ehtiyacı olmayıb və yoxdur. Elə olmasaydı, 40 il müddətində hər il, hər ay və bəlkə də hər gün kəskinləşən hər növ sanksiyalar, təcridlər, hədə və hədyanlar nəticəsində bu ölkə çoxdan çökərdi, xəritədən silinərdi. Əminəm ki, bu baxımdan başqa ölkə, başqa bir xalq İran və İran xalqı ola bilməz. Həm də ona görə ki, bu ölkənin başında dünya müsəlmanlarının lideri, Böyük Rəhbər dayanır.

 

Akif Heydərli,
politoloq

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər