DÜNYA

Hit : 100

İmam Rza (ə) və Xanım Məsumə (s.ə) hərəminin qapıları zəvvarların üzünə açıldı –FOTO

İmam Rza (ə) və Xanım Məsumə (s.ə) hərəminin qapıları zəvvarların üzünə açıldı –FOTO

12:27, 25.05.2020

Həzrət İmam Rza (ə) və Xanım Məsumə (s.ə) hərəmi zəvvarların ixtiyarına verilib.

 

İslaminSesi İran KİV-lərinə istinadən xəbər verir ki, Məşhəd şəhərində mövcud olan 8-ci imam Həzrət İmam Rza (ə)-ın pak hərəminin qapıları 70 günlük fasilədən sonra, bu gün ziyarət üçün zəvvarların üzünə açıq elan edilib.

 

Həmçinin Qum şəhərində yerləşən Həzrət Xanım Məsumə (s.ə) hərəmi və digər ziyarətgahlar da zəvvarların ixtiyarına verilib.

 

İranın Koronavirusla mübarizə  qərargahının qərarına əsasən zəvvarlar sübh namazından bir saat sonradan məğrib namazına bir saat qalmışa qədər gigiyenik qaydalara riayət etmək şərti ilə yalnız müqəddəs hərəmin həyətlərinə daxil ola bilərlər, lakin ziyarətgahlarda camaat namazları qılınmayacaq.

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər