İSLAM

Hit : 369

İmam Həsən Əskəri (ə)-dan 12 dəyərli nəsihət

İmam Həsən Əskəri (ə)-dan 12 dəyərli nəsihət

09:09, 05.12.2019

Hikmətli ilahi kəlamlar və öz elmini Allahdan alan məsumların (ə) sözləri insanların dünya və axirət səadətinə xidmət edir.

Allah kəlamı və öz elmini Allahdan alan məsumlərin (ə) sözləri insanların dünya və axirət səadətinə qovuşması üçündür. İmam Həsən Əskər (ə) Allah Təalanın insanlar üçün seçdiyi 11-ci imamıdır. Peyğəmbər (s) və imam (ə) kəlamı ilahi hikmət çeşməsindən süzülüb gələn bir nurdur.

 

İmam Həsən Əskəri (ə) Allahın yer üzündə imamı olaraq, elm və hikmət çeşməsindən bəhrələnərək insanlara bir neçə nəsihət və tövsiyə edib. Hədis yazarlar da bu dəyərli kəlmələri yazaraq qoruyub bizə qədər gətirib çıxarıblar. İmam (ə) buyurub:

 

Sizə vəsiyyət və sifariş edirəm:

 

1 – Allahdan qoxmağı, dində pəhrizkar olmağı və dinə diqqətli olmağı

 

2 – Allah üçün, Allah dini üçün çalışqan olmağı

 

3 – Pis və ya yaxşı adam olmasından aslı olmayaraq hər kəsin əmanətinə vəfalı olmağı

 

4 – Səcdələrininzi uzatmağı

 

5 – Qonşularla xoş davranmağı vəsiyət edirəm. Əgər belə etsəniz deyərlərki, bu şəxs Əhli-Beyt (ə) davamçısıdır. Bu zaman mən sizinlə fəxr edərəm

 

6 – Bizim üçün bəzək olun, bizə üz qarası olmayın

 

7 – Dostlarınızı bizə (ə) tərəf cəlb edin. Çirkinliyi bizə (ə) nisbət verməkdən uzaq olun. Bizə nə yaxşılıq nisbət verilsə biz onun əhliyik, nisbət verilən bütün pisliklərdən uzağıq.  Allah Quranda Peyğəmbər (s) və Əhli-Beytinə (ə) paklığ nisbət verib.

 

8 – Bizdən başqa hər kim imamət məqamını özünə nisbət versə yalançıdır

 

9 – Allahı çox- çox xatırlayın

 

10 – Ölümü çox- çox xatırlayın

 

11 – Quranı çox oxuyun

 

12 – Peyğəmbər (s) və ailəsinə çox salavat zikr edin. Bu salavatın 10 bərəkətli faydası vardır.

 

Sizə olan vəsiyətimi əməl edərək qoruyun. Sizi Allaha tapşırıram. Sizə salam deyirəm.

 

Mənbə: Tuhəful-uqul səh-350. 

Sireye çəhardəh məsum (ə) -967

 

İslaminSesi

Yaşar Nuriyev

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər