İSLAM

Hit : 182

İlahi eşq yolu - Ərbəin əza günlərinin fitrəsidir

İlahi eşq yolu - Ərbəin əza günlərinin fitrəsidir

12:56, 19.10.2019

İnsan iki hissədən ibarətdir, cism və ruhdan. Cisim maddi, ruh isə mücərrəddir. Bu iki varlığın hər birinin özünə məxsus qidaları vardır. Bu iki varlığın müştərək fəaliyyəti insan üçün olduqca əhəmiyyətlidir.

 

Cism maddi varlıq olduğu üçün onun təmin edən nemətlərdə maddidir. Ruh mücərrəd varlıq olduğu üçün onun təmin edən qidalarda mücərrətdir. Müştərəklik bundan ibarətdir ki, bu iki varlığın düzgün təmini üçün biri birlərinə bağlı olmalıdır. Bu səbəbə bu müştərəkliyi qoruyub saxlamaq üçün Allah Təala hədlər təyin etdi. Həddi aşan təbəqənin ruhuna etdiyi zərərin nəticəsində fərdi və ictimai fəsada səbəb olduğu üçün insana həm xəbərdarlıq, həm də təhdid edir.

 

Allah insana cismin ehtiyaclarını təmin etmək üçün ona meyl, daxili və batini hiss və istək verib. Ağıl deyilən nemət isə bunları tənzimləyin digğr bir mühüm nemətdir.

 

Hər bir canlının ruhu vardir. Maddi varlıqların canlanması, hərəkət etməsi ruhun vasitəsi ilədir. İnsan cisminin əzəmətliyi onun ruhunun aliliyindəndir. «Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)” (Tin-4)

 

İnsanı şərəfləndirən Allah, ona bu aliliyi qorumağı təkid edir. Maddi aləmdə mövcud olan bütün  varlıqları isə insanın tabeçiliyinə buraxdı. İlahi gıstərişlərdən boyun qaçıran canlını isə məzəmmət edərək  dörd ayaq üstündə gəzən heyvandan da ən aşağı adlandırdı."Həqiqətən, Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır. "- Ənfal-22

 

İlahi tabeçilik dən boyun qaçırmağa səbəb olan maddi amillərdir. Maddi amillər insan üçün gözəl görsədildi. Fani və aldadıcı gözəllik insanı məst etdi. Məstlik insanın ağıl qüvvəsini zəiflədərək nəfsin və şeytanın əsarətinə çevirdi. Bu əsarət məst halında olan insanın lal və kar olmasına, batil əməlin gözəl görünməsinə  səbəb oldu. " Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir». Ənfal -48.

 

Şeytan bu müştərəkliyi pozan varlıqdır.  Onun işi sadəcə vəsvəsə etməkdən ibarətdir. Ağıl yolu ilə haqqa itaət, insanı bu şərdən amanda saxlaya bilər. İmam Hüseyn buyurur: "Ağıl haqqa tabe olmayınca kamil olmaz."

 

Ramazan ayı nəfsin şeytansız islah olunan ayıdırsa, Məhərrəm və Səfər ayları nəfsin şeytanın müdaxiləsi ilə mübarizə apararaq islah olunan aydır. Hədislərdə qeyd olunmuşdur ki təkcə ramazan ayında şeytanın əli qolu bağlı olar. Kərbəla hadisəsi ilə əlaqədar təşkil olunan əza məclisləri bu hadisənin hədəfi və qəhrəmanların kimlikləri ilə tanış edir. Kərbəla hadisəsində ki hədəf İlahi dinin kamilliyini qorumaq və dirçəltmək idi, Kərbəla qəhrəmanları maddi nemətləri düzgün qiymətləndirməyi bacaran, bu nemətlərin vasitəsi ilə İlahi razılığı qazanan kəslər idi.

 

 Ərbəin əza günlərinin fitrəsidir. Ramazan ayında nəfsin islahatının nəticəsi fitr bayramıdırsa, ərbəin isə nəfsani islahatla ilahi hədəfin kəşf edildiyi gündür. Peyğəmbərin s. məşhur səhabələrindən olan Cabir İbn Ənsar, qocalığı səbəbindən Kərbəlada iştirak edə bilməmiş, Kərbəla qəhrəmanlarının hədəf və amalının aliliyini dərk edərək, onları əza günlərində, məxsusən ərbəin günündə ziyarət edərək hədəf və amallarını yaşatmağa səy etmişdır. Bu əməl günümüzə kimi gəlib çıxmış, inancından və məzhəbindən aslı olmayaraq insanlar Ərbəin günü bu səhnənin qəhrəmanların amal və hədəflərini yaşaýıb və yaşadaraq qorumağa çalışmışlar. Bu günləri xatırlamaq hər bir fərdə vacib buyurulmuşdur. " ... Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən, bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır. İbrahim-5

 

İslaminSesi.info

Elnur Əlioğlu

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər