ÖLKƏ

Hit : 440

I turda 16 min abituriyent ali məktəblərə qəbul ola bilməyib - STATİSTİKA

I turda 16 min abituriyent ali məktəblərə qəbul ola bilməyib - STATİSTİKA

14:38, 10.08.2019

Bu gün ali təhsil müəssisələrinə qəbul prosesinin birinci turu başa çatıb. 16196 nəfər ali məktəblərə daxil ola bilməyib.

Bunu  təhsil eksperti Kamran Əsədov şərh edərkən  bildirib:

 

“Birinci turda 47847 plan yeri üçün 58258 nəfər ixtisas seçimi etmişdi. Onlardan 42062 nəfər ali təhsil müəssisələrinə qəbul oldu. 16196 nəfər isə ali məktəblərə qəbul olma bilmədi.

 

II tur üçün 5785 plan yeri boş qalıb. 

 

Bu yerlər üçün 15 avqustdan 20 avqustadək elektron ərizədə qəbulu olacaq. Boş qalan plan yerləri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə - kolleclərə də qəbul həyata keçiriləcək” . 

 

Kamran Əsədov  abituriyentlərin  necə ixtisas  seçmələri  barədə də  məlumat verib:

 

“Abituriyentlərə bu mərhələdə 20 ixtisas seçimi etmək imkanı veriləcək. 

 

Abituriyentlər kolleclərə qəbul olmaq üçün abituriyent 5, boş qalan plan yerlərinə qəbul olmaq üçün abituriyent 8 jurnalından istifadə edərək seçim edə bilərlər. 

 

Elektron ərizədə həm universitetin həmdə kolleclərin kodunu seçə bilərlər. Hər ikisini eyni, vahid ərizədə qeyd edəcəklər. İxtisasların ardıcıllığını abituriyentlər özləri istədiyini kimi yaza bilərlər. Əvvəl universitetinin sonrada kollecin və ya əksinə kodları qeyd edə bilərsiniz. Hansı ixtisas kodunun müsabiqə şərtini ödəsəz, ona da qəbul olacaqsız. 

 

II turda universitetlərə müsabiqə şərti əvvəlki ilə eyni qalır. 

 

Kolleclər üçün isə imtahanının birinci mərhələsindən (buraxılış imtahanları) ümumi balı 50 dən az olmayan ( Azərbaycan dili və riyaziyyatdan hərəsi 10 bal) şəxslər ixtisas seçimi edə bilərlər”. (Modern.az)

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər