İSLAM

Hit : 221

Hüzünlü məhərrəm ayı daxıl oldu - Qanla yazılan bir tarix

Hüzünlü məhərrəm ayı daxıl oldu - Qanla yazılan bir tarix

12:05, 02.09.2019

Bu günlər hicri-qəməri tarixi ilə 1441-cı ilin ilk günləridir.

 

Hicri qəməri tərvimində 12 ay var və məhərram ayı ilin birinci ayıdır.Yeni hicri ili bu ayla başlayır.

 

 Necə 100 iliklərdir ki, məhərrəm ayı deyildikdə ilk yada düşən Kərbəla faciəsi olur. Baxmayaraq ki, İslamdan öncə bu ay döyüşlərin qadağan olduğu bir ay idi. Hicrətin 61-ci ilində baş vermiş bu faciə məhərrəm ayını tarixə, yaddaşlara qanlı ay, matəm ayı kimi yazdı.

 


Bu ayın yasını tutmaq bir insan olaraq hər kəsə vacibdir. Çünki İmam Hüseynin (ə) bu qiyamı təkcə Yezidə qarşı deyil, Yezid kimilərə qarşı bütün dünyaya örnək olacaq bir qiyam idi. Necəki İmamın özünün (ə) məşhur kəlamı var buyurur: “Mənim kimilər Yezid kimilərə beyət etməz (tabe olmaz)”.

 

 Neçə ilər keçməsinə baxmayaraq İmam Hüseyin (ə) qiyamı bir ideoloji məktəb olaraq qeyrət, qürur, sevgi sahiblərinin ilham mənbəyidir.



Bu ayin ilk on günlüyü fəzilət dolu bir günəldir. Bu günlər Bəni Haşimin ən ağır günlərindəndir. Bu günləri hüzünlü olmaq, dua və ibadətlərlə Əhli Beytin (ə) yanında olmaq bizlər üçün böyük bir şərəfdir.



İmam Rza (ə) dan belə rəvayət olunub: 


Eləki məhərrəm ayı yetişdi atamı gülən görməzdim. O (ə) ayın ilk on gününü hüzünlü olar, aşura günü onun üçün müsübət, hüzn, ağlamaq günü olardı (Vəsailuş-şiə. Cild-5.səh-394).

 

 

Həzrət İmam Hüseyn (ə) öz qanı ilə həm tarix yazdı, həm də İslamı xilas edərək fədakarlıq və mübarizə yoluna bir “çıraq” oldu.

 

/İslaminSesi/

Yaşar Nuriyev

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər