İSLAM

Hit : 169

Həzrət Mehdi (ə.f) – Sonuncu imamın imamət dövrünün başlanğıcı

Həzrət Mehdi (ə.f) – Sonuncu imamın imamət dövrünün başlanğıcı

10:14, 07.11.2019

Bu gün hicri təqvimi ilə rəbiul-əvvəlin 9-u Səhibəz-zamanın (ə.f) imamət dövrünün başlanğıcıdır. 11-ci imam, İmam Həsən Əskəri (ə)-ın şəhadətində sonra növbəti imamın dövrü başlayır. 12-ci İmam (ə.f) hazırda sağdır və dünya əhlinin arasındadır. O Həzrət (ə.f) ilahı göstərişlə qiyam edəcək, dünyada zülmün və əxlaqsızlığın kökünü kəsib, dünyada tək hakimiyyətli ilahi hökümət quracaq. Bu əqidə bütün təkallahlı dinlərdə mövcuddur.

 

İmam (ə.f) hazırda insanlar arasında olsa da ilahi hikmətlə onu (ə.f) yalnız sadiq səxslər tanıya bilir. Bütün bu illər ərzində İmam daima böyük ruhiyyəli şəxsiyyətlər və alimlərlə görüşmüş, onlara öz tövsiyələrini vermiş, bütün bunların bir ilahi təqdir olduğunu bildirmişdir.

 

Əziz İslam peyğəmbəri (s) kamil bir insan nümunəsidir. O həzrət (s) həm mənəviyyat baxımından, həm də dünyəvilik baxımından insanların ən üstünüdür. Çünki bu bir zərurətdir. İslam dini kamil bir din olduğu üçün və bu kamilliyi dünya durduqca saxladığı üçün, İslam peyğəmbəri də bəşəriyyət var olduqca bəşərin ən kamili olmalıdır. Bunun səbəbi budur ki, İslam durduqca və insanlar İslama üz tutduqca axtardıqları bütün kamalatı o peyğəmbərdə tapmalıdırlar. Belə olamzsa İslam dini öz cazibədarlığını itirər.

 

İslam peyğəmbərinin (s) varlığı bir zərurət olduğu kim, o Həzrətin (s) özü kimi elm və təqva əhlindən olan canişinlərinin, Allah elminin varislərinin olması bir o qədər zəruridir. Necəki bu zərurəti əziz peyğəmbərmizin ”Yer üzü bir an belə höccətsiz, imamsız qalmaz” sözü təsdiq edir.

 

Mütəal Allah İslam peyğəmbərinin (s) vəfatından sonra bu ağır əmanəti  imam Əliyə (ə) və o həzrətin pak nəslindən olan 11 imama həvalə etmişdir. Həzrət Əli (ə) və digər 10 imam (ə) bu ilahi əmanəti canları, qanları ilə qorumuş, sonuncu Qaim olan İmama təhvil vermişlər.

 

12-ci İmam, Həzrət Mehdi (ə.f) İmam Həsən Əskərinin (ə) oğlu, Allahın yer üzündə olan hazırkı höccətidir.

 

İmam Mehdi (ə.f) hicrətin  255-ci ilində dünyaya gəlmiş, Atası İmam Həsən Əskərinin və bibisi Həkimə xanımın xüsusi nəzarətində böyümüşdür. Düşmənlərin, dövrün xəlifələrinin təqibləri və axtarışları səbəbi ilə İmamın (ə.f) dünyaya gəlişi gizlədilmiş, yalnız ilk dəfə 5 yaşında atası İmam Həsən Əskəriyə (ə) cənazə namazı qılmaq üçün insanlara görünmüşdür.

 

Bu səbəbdən İmamın anası Nərcis Xatunun da kimliyi gizli saxlanıımş, hamiləlik və övlad dünyaya gətirməsi hər kəsdən gizlədilmişdir. Hədislərdə qeyd olunurki, Həzrət Hadi (ə) Nərcis Xatunu qəbul edir və deyir: “Sənə muştuluq verirəm ki, dünyanı ədalətlə dolduracaq uşaq sənin vasitənlə dünyaya gələcək!”.

 

Beləcə Mütəal Allah son höccətin anası olmaq şərəfini Həzrəti İsanın, Həzrət Məryəmin nəslindən olan bu fəzilətli xanıma nəsib edir.

 

İlk dəfə atası İmam Həsən əskərinin (ə) cənazəsində görünən İmam Məhdi (ə.f) özünün təqribən 70 illik kiçik qeyb dövrünə qədəm qoyur və bu illər ərzində xüsusi naiblər vasitəsi ilə müsəlmanların müşküllərini həll edir, onları maraqlandıran sulları cavablandırır. O Həzrətin kiçik qeybi dövründəki naibləri:

 

1-Osman ibni Səid Əmri

 

2-Məhəmməd ibni Osman ibni Səid Əmri

 

3-Əbul Qasim Hüseyn ibni Ruh

 

4-Əbul Həsən Əli ibni Səmri adlı etibarlı, möhkəm əqidəli şəxslər olub.

 

Bu dörd nəfər hər biri öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bəzən şifahi, bəzən isə yazılı halda möminlərə çatdırırdılar. Hicrətin 329-cu ilində sonuncu naibin dünyadan köçməsi ilə zəmənə İmamı ilə aşkar rabitə kəsilir və uzun çəkən qeybət dövrü  başlayır.

 

Bu 70 illik naiblik dövründə sanki imam (ə.f) müsəlmanları öz yoxluğuna alışdırır və  özündən sonra alimlər və elm ocaqları qoyub getməklə yeni mərhələnin əsasını qoyur. Bu mərhələ müsəlmanların tale yüklü ağır məsələlərini çiyinlərinə alan “İctihad” mərhələsi idi.

 

Bu heç də İmamın müsəlmanların işlərindən əl götürdüyü anlamına gəlmir, əksinə İmamın aşkar naiblərinin olmaması mənasındadır.

 

Bütün bu illər ərzində İmam daima böyük ruhiyyəli şəxsiyyətlər və alimlərlə görüşmüş, onlara öz tövsiyələrini vermiş, bütün bunların bir ilahi təqdir olduğunu bildirmişdir.

 

Məhdəviyyət və xilaskarı gözləmək fəlsəfəsi bütün səmavi dinlərin əsasını təşkil edir. Bütün keçmiş peyğəmbərlər dünya zülümlə dolduqda sonuncu peyğəmbərin nəslindən olan bir xilasksrın zühür edəcəyi vədəsini vermişlər.

 

Bu xilaskar yer üzünün höccəti, zəmanəmizin imamı, bəşəriyyətin xilaskarı, Allah dininin bayraqdarı, zalimlərdən intiqam alan, yer üzünü ədalətlə doluran Həsən Əskərinin oğlu Həzrət Mehdidir (ə.f).

 

İslaminSesi.info

Yaşar Nuriyev

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər