İSLAM

Hit : 484

Həzənzadə Amulinin azərbaycan dilinə tərcümə edilmiş ilk kitabı işıq üzü gördü - “İlahinamə”

Həzənzadə Amulinin azərbaycan dilinə tərcümə edilmiş ilk kitabı işıq üzü gördü - “İlahinamə”

20:16, 15.02.2020

“İlahinamə” əsəri ilə qısa tanışlıq

Müəllifin irfani əsərlərindən biri də “İlahinamə” əsəridir.

Bu əsər qafiyəli nəsr formasında yazılıb və münacat, dua, irfani kəlamların toplusudur. Bu baxımdan həm irfani, həm də ədəbi cəhətdən dəyərli əsərdir.

Qeyd etmək lazımdır ki, irfani mənaları məhz bu formada bəyan edən ilk alim Xacə Əbdullah Ənsari olub.

Həsənzadə Amuli “İlahinamə” əsərində özünün batini hal və hislərindən, daxili aləmində yaşadığı təcrübələrindən danışır, oxucuları pak və arifanə aləmə; özünün seyri-suluk dünyasına aparır, mənəvi aləmdən söhbət açır.

Bu möhtəşəm əsər tərcümə edilərək ölkəmizdə işıq üzü görüb. Üzərində iki ilə yaxın zəhmət çəkilib. Tərcüməsi ilə iki tərcüməçi  məşğul olub. Bundan əlavə kitab redaktə olunmuş və kitaba elmi şərh verilmişdir. Daha sonra kitaba elmi baxış da keçirilmişdir.

 

 

 

Tərcümə edən:

Musa Hüseynli

Əli Nurməmmədov

 

Elmi redaktor və şərh verən: Əli Nurməmmədov

 

Elmi baxış: Hacı Nuhbala Rəhimov

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər