MƏDƏNİYYƏT

Hit : 1686

Hərəm müdafiəçiləri Kərbəla karvanından qalanlardır - İran kinosusun əfsanəsi Daryuş Ərcümənd

Hərəm müdafiəçiləri Kərbəla karvanından qalanlardır - İran kinosusun əfsanəsi Daryuş Ərcümənd

23:17, 05.03.2018

İran kinosunun əsas sütunu olan Daryuş Ərcüməndin qəlbləri riqqətə gətirəcək açıqlama Müasir dünyada 100 dollara görə adam öldürürlər...

“İlk Hərəm Müdafiəçiləri Kinofestivalının” yekun tədbirinə qatılan məşhur iranlı aktyor Daryuş Ərcümənd öz kövrək çıxışı ilə bütün iştirakçıları təsirləndirib. İmam Əli (ə) filmində Malik Əştər rolu ilə inanclı insanların qəlbinə yol tapan Ərcümənd bildirib ki, hərəm müdafiəçiləri Kərbəla karvanından qalanlardır:

 

“Şərlə dolu müasir dünyada, qərbdə və şərqdə 100 dollara görə adam öldürürlər. Mən məmləkətimin mədəniyyəti ilə fəxr edirəm. Bu mədəniyyət bütün mədəniyyətlərdən ayrı, fərqli və üstündür. Səbəb bizim forma, zahir arxasınca olmamağımızdır...


Mədəniyyətimiz ilahi bir mədəniyyətdir. Hafiz Zülfüqarın vəsfində şeir yazdığı bir zaman bugünkü hərəm müdafiəçiləri həmin mədəniyyətin ardıcıllarıdır...
Çox çalışdılar bizi maddiyatçı etsinlər. Kim daha pullusa o da hörmətli sayılsın. Rəqəmlər, kəmiyyət bizi məhv edir. Hərəm müdafiəçiləri kimin hərəmini müdafiə edir? Mahiyyətçilərin hərəmini! Mən bu gənclərlə, bu fədakar insanlarla fəxr edirəm...”

DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

bütün xəbərlər