DÜNYA

Hit : 242

HƏMAS rəsmisi Netanyahuya qarşı rüşvət ittihamından danışdı:

HƏMAS rəsmisi Netanyahuya qarşı rüşvət ittihamından danışdı: "Bu fakt Qüdsü işğal edənlərin səviyyəsini göstərir"

14:55, 23.11.2019

Fələstinin HƏMAS hərəkatının rəsmisi Hazim Qasim İsrail rejimi Baş Naziri Benyamin Netanyahunun korrupsiyada ittiham olunmasına münasibət bildirib.

İslaminSesi-nin verdiyi xəbərə görə, o, açıqlamasında vurğulayıb ki, bu fakt Qüdsü işğal edənlərin hansı səviyyədə olduqlarını göstərir.

 

"Əslində əli qana bulaşmış bir rejimin başında duranların belə işlər görməsi bizi çaşdırmadı. Biz illərdir bunu deməyə çalışırıq", - deyə Hazim Qasim diqqətə çatdırıb.

 

HƏMAS rəsmisi qeyd edib ki, İsrail rejimi korrupsiya və rüşvət ilə daim iç-içə olub./Eastnews.org/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər