MƏDƏNİYYƏT

Hit : 250

Həm Allaha, həm də pula xatir qarpızsatan kişinin hekayəsi - İBRƏTAMİZ

Həm Allaha, həm də pula xatir qarpızsatan kişinin hekayəsi - İBRƏTAMİZ

12:46, 06.11.2019

"İlahi, bax bu bəndənə, Sənə xatir dedim, mənə bu zay qarpızı, pula xatir isə bax bu yaxşı qarpızı verdi"

Bir imkansız fəqir qarpız satanın yanına gəlib dedi:


- Qardaş, mənim imkanım yoxdur, kasıb adamam, Allaha xatir qarpız verə bilərsənmi?


Qarpız satan ağzını büzdü, ancaq bir söz demədən qarpız olan tərəfə getdi. Bir az axtarış aparıb, xarab və yararsız bir qarpız tapdı və onu yoxsul adama verdi.


Kasıb qarpızı əlinə götürüb, ona nəzər yetirdi. Sonra əlini cibinə salaraq, bir neçə xırda pul çıxarıb qarpız satana uzatdı və dedi:
- Qardaş, bu pulu götür və mənə pula uyğun qarpız ver.


Qarpız satanın ürəyi yumşaldı. Babat qarpız götürüb, tərəzidə çəkib, ona verdi.


Kasıb insan bu qarpızı o biri əlinə götürdü. Başını səmaya qaldırıb dedi: "İlahi, bax bu bəndənə, Sənə xatir dedim, mənə bu zay qarpızı, pula xatir isə bax bu yaxşı qarpızı verdi".


Kasıb daha bir söz demədən, hər iki qarpızı oradaca qoyub, öz yoluna davam etdi.

DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

bütün xəbərlər