İSLAM

Hit : 90

Heç bir şübhə olmayan gündə onların halı necə olacaq? – Quran

Heç bir şübhə olmayan gündə onların halı necə olacaq? – Quran

10:57, 30.06.2020

“Biz onları heç bir şəkk-şübhə olmayan gündə bir yerə toplayacağımız vaxt halları necə olacaq? Hər kəsə qazandığı müqabilində mükafat və cəza veriləcək və onlara zülm olunmayacaq.” – Ali-İmran 25

 

Bir vaxt hesab gününün gələcəyində heç bir şübhə yoxdur. Çünki bu ilahi ədalətə söykənir. Hər bir kəs etdiyi zərrə qədər yaxşılığın və pisliyin əvəzini görməlidir. Belə olmazsa, hər kəsin haqqı verilməzsə ona zülm edilmiş olur.

 

Yaxşılıq edən mükafatını alacaq, zülmə məruz qalanın isə haqqı qaytarılacaq. Hər kəs ilahi ədalət məhkəməsində hesab verəcək.

 

Bütün səmavi kitabların, o cümlədən Qurani Kərimin ən çox bəhs etdiyi mövzu qiyamət və insanların uca Allah qarşısında hesaba çəkiləcəyi gün barəsindədir. Həmin gün bütün gizlilər aşkar olacaq, hər kəs öz həqiqi simasında görünəcəkdir.

 

Qeyd edilən ayə sanki insana sual edir, həmin gün sənin halın necə olacaq?:

 

 فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ 

 

“Biz onları heç bir şəkk-şübhə olmayan gündə bir yerə toplayacağımız vaxt halları necə olacaq? Hər kəsə qazandığı müqabilində mükafat və cəza veriləcək və onlara zülm olunmayacaq.”

 

Ayə bir neçə mühüm mətləbə diqqət çəkr:

 

1⃣. Qiyaməti yaddan çıxarmayın və xürafatları bir kənara qoyun.

2⃣. Mükafat və cəza arzu və güman əsasında yox, əməl əsasında olur.

3⃣. Heç bir əməl yox olmur və vaxtında sahibinə qaytarılır.

4⃣. İlahi mühakimə ədalət əsasında qurulur və hər kəs öz cəzasını alır.

(Nur təfsiri)

 

Mütəal Allah ədaləti olduğu qədər həm də rəhimli və mərhəmətlidir. Hər kəsin bir gün qarşılaşacı dəhşətli günün çətinliyindən yalnız iman, dürüstlük və ilahi rəhmətə sığınmaqla amanda qalmaq olar.

 

İslaminSesi.info

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər