ÖLKƏ

Hit : 160

“Hadisəyə mənzildaxili qaz sızması səbəb olub” - “Azəriqaz”dan AÇIQLAMA

“Hadisəyə mənzildaxili qaz sızması səbəb olub” - “Azəriqaz”dan AÇIQLAMA

22:10, 07.02.2020

"Azəriqaz" İstehsalat Birliyi (İB) Bakı şəhəri, Səbail rayonu ərazisində baş verən partlayışla bağlı məlumat yayıb.

 

İslaminSesinin xəbərinə görə, Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərov Modern.az-a bildirib ki, İçərişəhərdə baş verən partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri də həmin məkana baxış keçirib:

"İlkin qənaətimiz belədir ki, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb. Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb".

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər