DÜNYA

Hit : 641

Haaqa Məhkəməsi: ABŞ

Haaqa Məhkəməsi: ABŞ "dostluq müqaviləsi"ni pozub

12:16, 26.10.2018

Beynəlxalq Ədalət Məhkəməsinin baş hakimi ABŞ-ın İran ilə "dostluq müqaviləsi"ni pozduğunu elan etdi.

“İslaminSesi”  “İRİBnews”-a istinadən bildirir ki, Beynəlxalq Ədalət Məhkəməsinin baş hakimi Əbdülqəvi Yusif cümə axşamı BMT-nin Baş Assambleyasında dedi: İranın ABŞ əleyhinə irəli sürdüyü şikayət "dostluq müqaviləsi"nin bir hissəsi ola bilər və Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın bu müqavilənin bir hissəsini pozduğunu elan etməyi zəruri hesab edir. 

 

Əbdülqəvi Yusif əlavə edib: ABŞ-ın İrana qarşı dərman preparatları, qida sənayesi məhsulları və mülki aviasiya sektorunu əhatə edən sanksiyalarının xoşagəlməz nəticələri ola bilər. 

 

ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxması və İrana qarşı nüvə sanksiyalarını bərpa etməsinin ardınca İran ABŞ əleyhinə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.

 

Beynəlxalq Ədalət Məhkəməsi 2018-ci il 3 oktyabr tarixində ABŞ-ın 1955-ci ildə İran ilə imzaladığı "dostluq müqaviləsi"ni pozduğunu əsas tutaraq, İranın ABŞ əleyhinə şikayətini araşdırmaq səlahiyyətinə malik olduğunu elan etdi. 

 

Beynəlxalq Ədalət Məhkəməsi İranın ABŞ əleyhinə şikayətinin araşdırıldığı müddət ərzində İrana qarşı humanist sahələri hədəfə alan sanksiyaların durdurulmasını, dərman, ərzaq və mülki aviasiya sahəsindəki məhdudiyyətlərin ləğv olunmasını istədi. 

 /Sahartv.ir/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər