DÜNYA

Hit : 91

Güclü yağışlar ölkəni viran qoydu

Güclü yağışlar ölkəni viran qoydu

12:40, 10.02.2020

Avstraliyanın Yeni Cənubi Qaller əyalətində güclü yağış və sel ciddi fəsadlara yol açıb.

Öən ilin sentyabrından bəri ölkə tarixinin ən böyük yanğınları ilə mübarizə aparan Avstraliyada sel nəticəsində 1 nəfər itkin düşüb, məktəblərin əksəriyyətində dərslər müvəqqəti olaraq dayandırılıb, 100 mindən çox ev isə elektriksiz qalıb. Nəticədə hadisədən zərər çəkən insanlar təhlükəsiz ərazilərə təxliyə edilib.

 

Bildirək ki, əyalətə 1990-cı ildən bəri ən güclü yağış qeydə alınıb. Belə ki, Avstriya Hidrometeorologiya Bürosu son 4 gün ərzində hər kvadrat metrə 391.6 litr yağış düşdüyünü açıqlayıb. Yağışların Sidneyin su ehtiyacını qarşılayan bəndlərdəki doluluq səviyyəsini 42 faizdən 70 faizə qaldıracağı proqnozlaşdırılır./Cebhe.info/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər