SİYASƏT

Hit : 152

Fransa Yəmən xalqının qanını axıdır – Muhəmməd Əli əl-Husi

Fransa Yəmən xalqının qanını axıdır – Muhəmməd Əli əl-Husi

16:44, 26.12.2019

Yəmən “ƏnsaruAllah” Hərəkatı Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əl-Husi, paytaxt Sana yaxınlığında bazarda baş verən qətlimada Fransanı məsul bilib.

 

İslaminSesi yemen.sahafahn-a istinadən xəbər verir ki, Əli Əl-Husi bu barədə öz Twitter hesabında paylaşım edib:

 

“Fransa, Sananın şimalı Menbah bölgəsində, ər-Rəqqau bazarını artileriyadan atəşə tutmaqla 38-dən çox insanı öldürdü”

 

Əli Husi fikirlərini belə əlaqələndirib:

 

“Təcavüzdə Fransa silahlarından və təcrübəsindən istifadə edilməsi bir cinayətdir.   Fransa qanunları silah sövdələşmələri qarşılığında hər şeyə göz yumur.”

 

Xatırladaq ki, iki gün öncə Səudiyyə qüvvələri Yəməndə, Sana bölgəsində Əl-Raqou bazarını bombalayıb. Çoxlu sayda mülki şəxs həyatını itirib.

 

Həmçinin qeyd edək ki, adıçəkilən bazar noyabr ayının 22-də də Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərəfindən raket atəşinə məruz qalmış və burada 10 nəfər həyatını itirmişdi.

 

Səudiyyə Ərəbistanı və başçılıq etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Bu müdaxilə nəticəsində Yəməndə on minlərlə mülki insan həlak olub. Hazırda Yəmənin şimal və mərkəzi əyalətləri hava quru və sudan Səudiyyə Ərəbistanı hərbi koalisiyasının mühasirəsindədir.

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər