ÖLKƏ

Hit : 78

Fransa deputatları “en”-ci dəfə  Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... - Saymazlıq! - FOTO

Fransa deputatları “en”-ci dəfə Azərbaycanın işğal altındakı torpaqlarına gəldi... - Saymazlıq! - FOTO

11:05, 11.09.2019

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa parlamentinin üzvləri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza ayaq basıb.

İslaminSesi Moderator.az-a istinadla xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, fransız parlamentariləri Xankəndinin girişində qondarma separatçı rejimin qanunsuz və saxta “parlamenti”nin sədr müavini Vaqram Balayan qarşılayıb.


Fransa Senatı üzvlərinin gəlişinin məqsədi aydındır – separatçı-terrorçu erməni rejiminin dünyada “müstəqil dövlət” kimi tanınmasına çalışmaq...


P.S. 1994-cü ildən bəri artıq “en”-ci dəfədir ki, Fransa deputatları Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qonağı olurlar. Buna yalnız bir ad vermək olar: Azərbaycanın ərazi bütövlüyünü və deməli, Azərbaycan xalqını, dövlətini heçə saymaq...

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər