İSLAM

Hit : 708

Fitnə və xəbərçilik qətildən daha pisdir - Quran

Fitnə və xəbərçilik qətildən daha pisdir - Quran

15:40, 13.01.2020

“Fitnə salmaq qətldən daha betərdir!” – Bəqərə 217

 

Allahın Rəsulu (s) buyurur: " Ey Abuzər, "iftira atan" cənnətə daxil olmayacaq. Ey Allahın Rəsulu, " iftira" nədir?  Allahın Rəsulu dedi:  söz aparıb söz gətirən. Ey Abuzər, iftira sahibi axirətdə Allahın əzabından qurtulmaz."- Amali Tusi.

 

İftira, islamda ən böyük günahlardandır. Onun günah dərəcəsi, içki, zina və hətta qətl kimi əməllərlə belə müqayisə oluna bilməz. İçki və zinanın zülm və zərəri ilkin olaraq fərdə aid olunursa, iftira və fitnəin işlənmə motivi özündən başqası olduğu üçün zülm və zərəri də digərlərinə daha çox təsir edir. Buna İslam terminologiysında " haqqun nas" yəni insan haqqı deyərlər.

 

Əfsuslar olsun ki, istər siyasi arenada, istər ailə daxilində, istər cəmiyyət arasında, istər din və məzhəblər arasında iftira və fitnə adiləşmişdir. İftira, böhtan fitnənin və ikitirəliyin başlanğıcıdır. İnsanın iftira və fitn kimi əməllərə əl atmasına əsasən həsəd, paxıllıq, qorxaqlıq, düşmənçilik, təəssübkeşlik və təkəbbürlük kimi amillər əsbəb olur.

 

Quran fitnəni qətldən daha böyük, daha dəhşətli hesab edir (Bəqərə 217). Niyə? Çünki, fitnə qatillərin, haqsız qanların tökülməsinə, körpələrin yetim, qadınların dul qalmasına, müqəddəs ailə dəyərlərinin məhv olmasına, ictimai birliyin aradan getməsinə, şəhər və ölkənin xaraba qalmasına şərait yaradan bir amildir. Quran bu kimi şəxsləri pisləyir, onlara dünya vəxirət zilləti vəd edir:" Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır." - Rəd-25.

 

İnsan hər eşitdiyini və gördüyünü doğru, həqiqət zənn etməməlidir. Fərq etməz bu şəxs hansı dində olsun. Təsadüfi deyil ki, Allahın Rəsulu (s) bizlərə bir müsəlman haqqında bir söz eşidərkən və ya hansısa ( anlaşılmaz) bir əməlini gördükdə onu yetmiş yaxşı yerə yozmaq tovsiyyəsini vermişdir.

 

İxtilaf və ikitirəliyin ən başlıca amili söz gəzdirməkdir. Dövrümüzdə bu kimi sözbazlıq kütləvi informasiya vasitələrilə daha qabarıq müşahidə olunur. İnsanlıq əlehinə xidmət edən qüvvələr insanları aldadıcı, çaşdırıcı informasiyalar vasitəsi ilə manipulyasiya edir, düşməni dost, dostu isə düşmən kimi təqdim edir. Quran bizi bununla əlaqədar xəbərdar edir: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız." (Hucurat 6)

 

Qeybət, iftira, böhtan, eyib axtarmaq bunlar ayrı-ayrı nəsnələr olsada, mahiyyətcə eynidir: fitnə və fəsad.

 

İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə fitnəkarlıq hətta sehirlə bir sırada qeyd olunur: İftira, dedi-qodu ən böyük sehirlərdəndir. Onunla ( iftira səbəbindən) biri-birini sevənlər ayrılır, iki yaxın dostluq düşmənçilik həddinə çatır, onunla qanlar tökülür, onunla evlər yıxılır, onunla pərdələr yırtılır ( yəni abırlar tökülür). İftira atan və söz gəzdirən  yer üzünün ən  şərr varlığıdır.

 

İslaminSesi - Elnur Əli oğlu

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər