SİYASƏT

Hit : 105

Fələstin Netanyahunun seçkilərdə qalibiyyətinə münasibət bildirib: İrqçilik qalib gəldi

Fələstin Netanyahunun seçkilərdə qalibiyyətinə münasibət bildirib: İrqçilik qalib gəldi

11:10, 03.03.2020

"Bu seçkilərdə qeyri-qanuni yəhudi yaşayış massivlərinin salınması, ərazilərin İsrailə əlavə edilməsi tendensiyası və Aparteid qalib gəldi"

"əl-Məyadin" xəbər verir ki, bunu Fələstin Azadlıq Təşkilatının katibi Saib Əriqat deyib.

 

S. Əriqat ötən gün İsraildə keçirilən Knesset seçkilərinin ilkin nəticələrinə münasibət bildirib və açıqlayıb ki, Netanyahunun öndə getməsi, ərazilərin İsrailə əlavə edilməsi, Aparteid, iqrçilik və qeyri-qanuni yaşayış massivlərin salınması məsələsinin qalib gəlməsi deməkdir.


Qeyd edək ki, Benyamin Netanyahu bu gün səhər seçkilərin nəticələrini özü və partiyası üçün böyük qələbə hesab edib və bildirib ki, vəd edildiyi kimi tezliklə İsrailin İordan vadisinin üzərindəki suverenliyi rəsmən elan ediləcək./SalamNews/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər