DÜNYA

Hit : 106

Ermənistanda Rusiya imperatoru I Nikolaya abidə ucaldıldı...

Ermənistanda Rusiya imperatoru I Nikolaya abidə ucaldıldı...

11:20, 03.03.2020

Bu həm də onun sübutudur ki, Ermənistan hələ də Rusiya imperiyasının müstəmləkəsi olaraq qalır...

Martın 2-də işğalçı ölkənin Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının ərazisində Rusiya imperatoru çar I Nikolayın abidə-büstü qoyulub.

 

Erməni mediasının yazdığına görə, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti bu haqda informasiya yayıb.


"Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazasının "Böyük qala" hərbi şəhərciyində “Rusiya Şöhrəti Xiyabanı” layihəsi çərçivəsində Rusiya imperatorluğu qurucusunun anım günündə imperator I Nikolay Pavloviçə abidə-büst ucaldılmışdır"- deyə məlumatda bildirilir.


P.S. Bu həm də onun sübutudur ki, Ermənistan hələ də Rusiya imperiyasının müstəmləkəsi olaraq qalır...
/Moderator.az/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər