DÜNYA

Hit : 31

Ermənistanda parlament binası yanır

Ermənistanda parlament binası yanır

19:14, 09.11.2019

Yerevanda Ermənistan parlamentinin binaları kompleksinin ərazisində yanğın baş verib.

İslaminSesi.info bildirir ki, “RİA Novosti” ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatlara görə, Milli Məclisin binasının damı yanıb. Hazırda 15 yanğınsöndürmə briqadası yanğını söndürür, Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Tsolakyan hadisə yerindədir.

Eyni zamanda Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinin qrupları və Təbabət Mərkəzinin həkimləri də işləyir.

Zərərçəkənlər barədə hələlik məlumat verilmir. virtualaz

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər