ÖLKƏ

Hit : 31

Ermənistan silahlı qüvvələri atəşkəsi 27 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 27 dəfə pozub

10:33, 23.06.2020

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub.

İslaminSesi.info xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatina əsasən Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər