ÖLKƏ

Hit : 16

Ermənistan silahlı qüvvələri atəşkəsi 26 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 26 dəfə pozub

10:00, 15.05.2020

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

İslaminSesi.info bildirir ki, Müdafiə Nazirliyinin xəbərinə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər