DÜNYA

Hit : 528

Ermənilərin yaydığı yalan məlumatları

Ermənilərin yaydığı yalan məlumatları

10:16, 05.04.2016

"Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan ordusunun 5 tank və 3 pilotsuz uçan aparatının vurulması barədə informasiya Ermənistanın yaydığı ağ yalan, dezinformasiyadır. Ermənistanın silahlı qüvvələri döyüş hazırlığı səviyyəsinin yüksək olmasını erməni cəmiyyətinə təlqin etmək istəyir".

 


İslaminsesi Day.Az-a istinadən bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

 

Ermənistan tərəfinin təxribatları davam edir və onların yaydıqları bu məlumat həmin provokasiyalardan biridir.

 

"Ermənistanın Müdafiə Nazirliyi çoxdan itirdiyi nüfuzunu və zədələnmiş imicini bərpa etmək üçün belə addımlar atır. Bir daha bəyan edirik ki, ermənilər yalan yayırlar", - Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər