ÖLKƏ

Hit : 55

Ermənilər Zəngilanın məşhur çinar meşəsində yallı getdi...- VİDEO

Ermənilər Zəngilanın məşhur çinar meşəsində yallı getdi...- VİDEO

12:01, 23.10.2019

Daxili qoşunlarımız, polislərimiz bu separatçıları torpaqlarımızdan qandallayıb, sürüyüb çıxarmalıdır!..

Qarabağda qondarılmış separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” sayılan Araik Arutyunyan ad-soyadlı məxluqun başçılığıyla bir qrup separatçı fəal  işğal altındakı Zəngilan rayonumuzdakı məşhur çinar meşəsində geniş tədbir keçirib.
 
İslaminSesi xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, tədbirdən məqsəd “prezident”liyə namizəd A.Arutyunyanın lideri olduğu “Azad vətən” partiyasının yeni üzvlərinin biletlərini təqdim etməklə yanaşı, Azərbaycan torpaqlarında gəbərmiş hərbçi soydaşlarının xatirəsinə bir parkın salınması haqda qərar vermək olub. Qərara alınıb ki, 2020-ci il aprelin 2-də işğal altındakı Laçın rayonunun erməni kilsəsinə çevrilmiş məşhur Ağaoğlan məbədi yaxınlığında hər bir gəbərmiş erməni hərbçisinin(yəqin ki, Aprel savaşında) adına onun ailə üzvləri tərəfindən bir ağac əkilsin. 
 
Azərbaycanın dövləti, ərazi bütövlüyü əleyhinə çıxışlar edən tədbir iştirakçıları olan erməni dığa və axçilər Zənglan çınarlığında yeyib-içib yallı gediblər.
 
Xatırladaq ki, dünyada ikinci, Avropada birinci nadir çinar meşələri Zəngilan rayonunun Bəsitçay dövlət qoruğu ərazisində yerləşir. Ermənilər iddia edir ki, guya bu meşəlik  Avarayr döyüşündə murdar olmuş ermənilərin xatirəsinə elə ermənilər tərəfindən salınıb. Həmin döyüş   451-ci il mayın 26-da Cənubi Azərbaycanda, Maku şəhəri yaxınlığında yerləşən Avarayr çölündə baş verib.  Bu qarşıdurmada hunlarla ittifaqda olan Sasani qoşunları Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub ediblər.
 
P.S. Daxili qoşunlarımız, polislərimiz  dövlətimiz, xalqımız əleyhinə danışan, fəaliyyət göstərən bu separatçıları oradan qandallayıb, sürüyüb çıxarmalıdır...
/Moderator.az/
 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər