SİYASƏT

Hit : 138

“Erməni soyqırımını tanıyırıq!..” – İsrail mediası və millət vəkilləri hökuməti də bu addımı atmağa çağırıb

“Erməni soyqırımını tanıyırıq!..” – İsrail mediası və millət vəkilləri hökuməti də bu addımı atmağa çağırıb

14:07, 06.11.2019

“İsrailin Türkiyənin reaksiyasından qorxması üçün heç bir əsas yoxdur…”

İsraildə bir neçə jurnalist Netanyahu hökumətini qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.
 
İslaminSesi xəbər verir ki, söhbət “The Jerusalem Post” qəzetinin dərc etdiyi yazıdan gedir. Məqalədə Osmanlı dövlətində guya  ermənilərin sistematik şəkildə öldürülməsindən bəhs olunur.  Müəlliflər qeyd edirlər ki, İsrail, soyqırımdan sonra qurulan bir dövlət kimi, hökumət tərəfindən qırğınlara və sistematik qətllərə məruz qalan azlıq olmağın nə olduğunu çox yaxşı bilir.
 
Müəlliflər ABŞ Konqresinin Nümayəndələr Palatasının artıq “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etdiyini də xatırladırlar.
 
Yəhudi jurnalistlər “xüsusən indi Türkiyə Prezidenti Ərdoğanın İsraili təhdid etməyə davam etdiyi zaman buraxılmış səhvləri düzəltməyin vaxtının gəldiyini” düşünür.
 
“Türkiyə hesab edir ki, o,  digər ölkələri də təhdid edə bilər. Və bu ölkələr Türkiyənin qüruru olan bir məsələdən – erməni soyqırımını tanımaqdan çəkinəcəklər. İsrailin Türkiyənin reaksiyasından qorxması üçün başqa bir əsası yoxdur”  – İsrail yazarları belə deyir.
 
Məqalədə xatırladılır ki, İsrail millət vəkilləri Gideon Saar və Yair Lapid də hökuməti “erməni soyqırımı”nın qəbul edilməsinə çağırıblar.
 
“Lapid və Saar haqlıdır. İsrailin düzgün davranmasının   vaxtı çatıb – Türkiyədən qisas almaq yox, səhvi düzəltmək gərəkdir ”- deyə yəhudi qəzeti vurğulayır./Moderator.az/
 
 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər