ÖLKƏ

Hit : 93

Erməni silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

10:22, 24.09.2019

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

 

İslaminSesi bildirir ki, Müdafiə Nazirliyindən  verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Ağdam rayonunun işğal altında olan Sarıcalı, Mərzili, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər